04.05.2018
Kitabxanalar ölkənin mədəni və ictimai həyatında əsəs yerlərdən birini tutur. Kitabxanaların əsas məqsədi cəmiyyətin intelektual mədəni inkişafına kömək etmək, onu insanların vasitəsilə təkmilləşdirməkdən ibarətdir. Hər bir ölkənin gələcəyi böyüməkdə olan nəslin çiyinləri üzərinə düşür. Uşaqlar üçün yazılan əsərlər xeyirxahlığı, mərd və cəsur qəhrəmanları, maqarlı süjet və kompozisiyası, sadə və aydın bədii ifadə vasitələri, səlis didli ilə seçilir. Uşaq folklor antologiyasının banisi sayılan Firidun bəy Köçrli deyirdi: ” o millət ki, öz tarixini, vətənini, dilini sevir-bu qism əsərləri kamal şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və balalarının ilk təlim və tərbiyyəsinin onları oxutmaq ilə başlayır”
Balacalarımızı vətənpərvər, kitabsevər, mütaliə etməklə böyümələri üçün İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nın Uşaq şəbəsində silsilə tədbirlər təşkil olunur. Balacalar bizim gələcəyimizdir. Gələcəyimizi parlaq edək!