Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mənim Azərbaycanım” adlı solo konsert

28.04.2018

Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.                                                                                                 

  28 aprel 2018-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Böyük zalında “Buta” rəqs ansamblının  “29 Aprel –Beynəlxalq Rəqs Günü”-nə həsr olunmuş “Mənim Azərbaycanım” adlı solo konserti keçirildi. Konsertdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə məsləhətçisi Rəfail Tağızadə iştirak etdi. Konsertdə şagirdlər böyük ruh yüksəkliyi ilə milli və Dünya xalqlarının rəqslərini nümayiş etdikcə, tamaşaçılar hər bir rəqsi böyük coşqu ilə qarşıladı.                                          Sonda, Mərkəzin direktoru Namiq Rzazadə çıxış edərək Xoreoqrafiya üzrə müəllim Əliyev Pərvizi  təbrik edərək “Buta” rəqs ansamblının solo konsertini yüksək səviyyədə hazırladığına görə  ona Mərkəz adından  “Tərifnamə”  təltif olundu.