30.04.2018
Qobustan rayon Cəyirli kəndində İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ” həsr olunmuş növbəti tədbir keçirildi. Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin direktoru Zaur Cəfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bu tədbirlərin keçirilməsi haqqında imzaladığı sərəncamın böyük tarixi əhəmiyyət kəsb etməsini vurğuladı. O, bildirdi ki, bu qərar Azərbaycan xalqının tarixinə və milli-mənəvi dəyərlərinə verilən çox böyük önəmdir. Məktəbin direktoru Zaur Cəfərov çıxışında Dünya şöhrətli Oftolmoloq, Akademik Zərifə xanım Əliyevanın 95-illik yubileyinin də elə bu günlərə təsadüf eləməsini vurğuladı. Məruzədə Zərifə xanım Əliyevanın Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşı olaraq Azərbaycan xalqının tarixindəki müstəsna xidmətlərini də vurğulandı. Tədbir Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları geniş konsert proqramı ilə davam etdirildi.