28.04.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbində, məktəbin qocaman qarmon ixtisası müəllimi Mirzağa Xankişiyevin "Şərəfli müəllim ömrü" adlı yaradıcılıq gecəsi keçirildi. Tədbirdə Azərbaycan Pespublikası Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin aparıcı mütəxəssisi Vüqar Baxışov, Qobustan rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdir müavini Aftandil Şikarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar Artist Vamiq Məmmədəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar Artist Sərxan Abiyev, Tədqiqatçı, Sənətşünaslıq üzrə Fəlsəfə doktoru Əhsən Rəhmanlı, Bakı şəhər 38 saylı Gözdən Əlil uşaqlar üçün 11 illik Musiqi məktəbinin direktoru Əsab Əliyev və rayon ziyalıları iştirak etdi.Tədbirdə Mirzağa Xankişiyevin Azərbaycanın ən qədim musiqi nümunələrindən biri olan klassik muğamlarımızın yazıldığı "Azərbaycan Muğamları" adlı diski də təqdim olundu. Çıxış edənlər bu diskdə yazılan muğamların Uşaq Musiqi və İncəsənət məktəbləri üçün çox gözəl tədris vəsaiti olduğunu vurğuladılar. Mirzağa Xankişiyevin 35 illik pedaqoji fəaaliyyəti dövründə yetişdirdiyi şagirdlərindən Namiq Baxışov, Vüsal Qəhrəmanov, Vüqar Əsədov, Anar Niftullayev, Ruslan İbadov və başqaları çıxış edərək Mirzağa müəllimə öz təbriklərini çatdırdılar. Məktəbin direktoru Zaur Cəfərov çıxış edərək Mirzağa Xankişiyevin məktəb üçün olan əvəzsiz xidmətlərindən bəhs etdi. O, Mirzağa müəllimə Fəxri-Fərman və məktəb kollektivi adından hədiyyə təqdim etdi. Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları konsert proqramı tədbir iştirakçıları tərəfindən hərarətlə qarşılandı.