27.04.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən S.Ə.Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın 95-ci ildönümü ilə əlaqədar olaraq Şamaxı şəhər 6 saylı tam orta məktəbin müəllim və şagird kollektivi və Bakı Dövlət Universitetinin Tarix fakultəsinin tələbələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə həmçinin Şamaxı rayon İcra Hakimiyyətinin məsul işisi Səbuhi Həsənov da iştirak etdi.
Tədbiri giriş sözü ilə muzeyin elmi-kütləvi şöbəsinin müdiri Dilşad Ağamalıyeva açdı. Muzeyin elmi işçisi Zərifə Baxşıyeva Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı ilə bağlı geniş məruzə ilə çıxış etdi. Tədbirin sonunda Zərifə xanım Əliyeva ilə bağlı film nümayiş olundu.
Tədbir başa çatdıqdan sonra Bakı Dövlət Universitetinin tələbələri muzeylə yaxından tanış oldular.