26.04.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxanasında görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə “Alim müdrikliyi, həkim şəfqəti” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçisi , Şamaxı Dövlət Rəsm Qalereyasının işçiləri, Şamaxı Regional Kollecin müəllim və tələbələri, Mərkəzi kitabxananın işçiləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Şamaxı rayon MKS-nin direktoru Ərəsdun Xələfov dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyevanın zəngin həyat yolu barədə ətraflı məlumat verdi.
Tədbirdə çıxış edənlər vurğuladılar ki, Əməkdar elm xadimi Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələri , otalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə bütün dünyada böyük şöhrət qazanmışdır. Unudulmaz alim, təbib və müəllimin elmi-pedaqoji və praktik fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına, həkimlərin yeni nəslinin yetişməsinə önəmli kömək göstərmiş, ölkədə bir sıra göz xəstəliklərinin qarşısının alınmasında təsirli rol oynamışdır. Ümummilli lider Heydər Əliyevin sevimli ömür-gün yoldaşı Zərifə xanım Əliyeva həm də cənab Prezident İlham Əliyevi böyüdüb tərbiyələndirmiş böyük ana, xalqın dərin hörmət bəslədiyi ictimai xadim olmuşdur.
Mərkəzi kitabxanada təşkil olunan “Zərifə Əliyeva-95” başlıqlı sərgiyə baxış keçirilmişdir.