Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnformasiya cəmiyyətində kitabxana xidməti

26.04.2018

İnformasiyalaşdırılmış  cəmiyyətə keçidlə əlaqədar kitabxanamızın xidmət formaları zamanın tələbinə uyğun dəyişdirilir. Xüsusilə də bu məsələyə uşaqlara xidmət sahəsində böyük diqqət yetirilir. Belə ki, uşaqlarda təfəkkürün və digər şəxsi keyfiyyətlərin formalaşması məhz mütaliə zamanı baş verir. Bu səbəbdən əməkdaşlarımız mütaliə sistemli tədbirlərin ardıcıl təşkilini təmin edir. Uşaq təfəkkürü hələ tam formalaşmamış olduğundan onların mütaliəsinə nəzarət, rəhbərlik etmək, istiqamətləndirmək zəruridir və biz kitabxanaçıların borcudur.

Uşaqlıq dövründən yeniyetməlik dövrünə və digər yaş dövrünə keçiddə oxucularımızın qarşılarına çıxan müxtəlif problemləri həll etmək məqsədilə kitabxanamızda müxtəlif səpgili tədbirlər təşkil edilib, mütaliələr olunur.