Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir

26.04.2018

    İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində faliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbində dünya şöhrətli bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı,  Akademik Qara Əbülfəz oğlu Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

     Tədbir zamanı Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin həyat və yaradıcılığını əks etdirən slayd və video çarx nümayiş olundu. Məktəbin müəllimlərinin və şagirdlərinin birgə hazırladıqları rəngarəng konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.