26.04.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Rəssamlıq şöbəsinin müdiri Afaq Həsənovanın açıq dərsi “Heydər Əliyev adına Mərkəzi istirahət parkı”-nda keçirilmişdir. Dərsin mövzusu “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü”-nə həsr olunmuşdu. Açıq dərsdə şöbənin digər müəllim və şagirdləri də fəal iştirak etmişlər.