25.04.2018
İsmayıllı MKS-nin Uşaq şöbəsi oxucuları kitabxanalara cəlb etmək məqsədilə növbəti tədbirini nağıllar aləminə həsr etdi. Uşaqların mütaliə vərdişlərinin erkən yaşlarda aşılaması olduqca vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir.
Bu gün kitabxananın qonaqları rayonumuzda fəaliyyət göstərən bir neçə məktəbin balaca şagirdləri oldu. Yeniyetmə və gənclərimizin pis vərdişlərdən uzaq olmalarında böyük rol oynayan kitabxana əməkdaşları müxtəlif yaşlı oxucuları fondumuzda olan nağıllarla tanış etdilər. “Nağıl otağı”nda müxtəlif dillərdə nağıllar söylənildi, qəhrəmanlar müzakirə olundu. Balacalar və valideyinlər tərəfindən tədbir maraqla qarşılandı. Tədbir fəal oxucuların minnətdarlığı ilə tamamlandı.
Kitabxanamızda bu səpkili tədbirlərin keçirilməsində məqsəd müasir dövrümüzdə uşaqların xoşbəxt, firavan həyatına yeni dəyərlər gətirmək, tez-tez dəyişən, inkişaf edən rəngarəng dünyamızda uşaqlarımızın mütaliə aləmini zənginləşdirmək, dünyagörüşünü artırmaq hər cür yeniliklərə qarşı onların daha savadlı, zəkalı böyüməsinə təkan verməkdir.