Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir

25.04.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasında görkəmli ədibimiz Mir Cəlal Paşayevin 110 illik yubileyinə  həsr  olunmuş tədbir keçirilmişdir. Tədbirdə Mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov, Kifayət Ağaməhəmmədova, Polad Cavadov, Nicat Bəşirov və Rasimə Rəhimova ədibin həyat və fəaliyyətinin müxtəlif sahələri  barədə çıxışlar etmişlər. Sonda Mir Cəlal Paşayevin həyat və fəaliyyətinə həsr edilmiş kitab sərgisinə baxış keçirilmişdir.