23.04.2018
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar müxtəlif tədbirlər hər bir təşkilatda, idarə və müəssisələrdə geniş şəkildə qeyd edilməkdədir. Bununla bağlı silsilə tədbirlər Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində də qeyd olunmaqdadır.
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi Qəbələ Asan Xidmət Könüllüləri ilə bərabər “Azərbaycan Xalq Cumhuriyyəti -100 “mövzusunda geniş tədbir təşkil etmişdir. İlk olaraq muzeydə təşkil olunmuş “Azərbaycan Xalq Cumhuriyyəti -100” adlı sərgidəki tarixi materiallara; kitablara, foto şəkillərə, 1918-1920-ci illər Azərbaycan Xalq Cumhuriyyətinin dövlət otributu olan pullara baxış keçirilmiş, mütaliələr təşkil olunmuşdur. Tarixi mövzuda mühazirələr söylənildi, diskusiya aparıldı. Tədbir əsasında qısa metrajlı sənədli film hazırlandı. Muzeyin direktoru Xalis Məmmədov Asan Xidmət Könüllülərinin muzeydə geniş fəaliyyəti üçün şərait yaratmış və gələcəkdə də belə tədbirlərin həyata keçirilməsini nəzərdə tutulduğunu vurğuladı.