23.04.2018
23 aprel Milli Suverenlik və Uşaq bayramı münasibəti ilə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə Şamaxı rayon 1 saylı Uşaq bağçası və Körpələr evində “Bu günün balacaları sabahın böyükləridir” adlı tədbir keçirildi. Tədbirdə çıxış edən kitabxana əməkdaşları bu bayramın tarixi əhəmiyyətindən, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan 2 qardaş ölkənin təhsil, mədəniyyət sahəsindəki uğurlarından bəhs etdilər. Bütün dünya uşaqlarına hədiyyə edilən 23 aprel günü qardaş ölkə olan Türkiyənin milli bayramı olduğunu, bu şənliyə hazırda 5-dən çox ölkənin uşaqlarının qatıldığını söylədilər.
Tədbir uşaqlar tərəfindən səslənən şeir və musiqilərlə davam etdi. Balaca fidanların səsləndirdiyi “Əl-ələ verək”, “Dünyaya gəldik bir kərə” musiqisi böyük coşquyla qarşılandı.