Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cavadov Vasif Fəxri fərmanla təltif olunmuşdur

20.04.2018

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bülbül adına orta-ixtisas musiqi məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş ümumtəhsil və orta ixtisas məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların III Respublika müsabiqəsinin I turu keçirilmişdir. Müsabiqədə İsmayılli Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə şagirdi Cavadov Vasif Fəxri fərmanla təltif olunmuşdur. Müəllim Hüseynov Ramiz.