19.04.2018
Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir.
Ulu öndər Heydər Əliyev
Yaşadığımız cəmiyyət – informasiya cəmiyyətidir. İnformasiya cəmiyyəti və biliklər cəmiyyətinin qurulmasında uşaq kitabxanalarının üzərinə böyük vəzifə düşür. Bu gün mədəni və tarixi irsimizin qorunub saxlanılması kitabxanaların inkişafına gedən yoldan keçir. Kitabxana vətəndaşların informasiya tələbatını ödəmək üçün dünya biliklərinə açılan pəncərə, fasiləsiz təhsilin inkişafında imkanlı zəmin yaradan mədəni dəyərlərin mühafizəsini təmin edən və nəsildən-nəsilə çatdıran bir elm müəssəsidir.
Kitabxanaların nüfuzunu artırmaq və fəal oxucuları cəlb etmək məqsədilə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nın Uşaq şöbəsində məktəblilərlə növbəti tədbir təşkil olundu. İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbinin VIII c sinif şagirdləri Vüsalə xanım Nəbiyevanın rəhbərliyi ilə kitabxanamıza ekskursiya edib fondumuza daxıl olmuş yeni kitablarla tanış olub xatirə fotoşəkilləri çəkdirdilər.
Gələcəyimiz olan uşaqları emlə, təhsillə zəngin böyüdək!