18.04.2018
2018-ci ilin fevral ayında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illiyi tamam olur.
Bu münasibətlə 18 aprel 2018 –ci il tarixində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Böyük zalında bəstəkara həsr olunmuş konsert təşkil olunmudu. Konsertin aparıcısı Mərkəzin müəllimi Vüsalə Eyvazova bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı mühazirə söylədi. Konsert zamanı Qara Qarayevin həyat və yaradıcılığını işıqlandıran slayd şou və video çarx göstərildi. Konsert proqramı Mərkəzin müəllim və şagirdləri tərəfindən zəngin və rəngarəng proqramla tamaşaçılara təqdim olundu.