18.04.2018
Günəşli yaz səhərində Heydər Əliyev parkında bir canlanma var idi. Valideynlər, qohumlar, qonşular, dostlar öz əzizlərini Vətənin keşiyini çəkməyə göndərirdilər. Rəsmi heyətin çıxışlarını, ağsaqqalların xeyir-dualarını dinləyən çağırışçılar sonra İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivinin onlar üçün hazırladığı konsert proqramı zamanı doyunca rəqs edərək yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşmüşlər.