16.04.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində formalaşmış ənənəyə uyğun olaraq növbəti tədbir keçirildi.
Diyarımızın müxtəlif kəndlərindən şagirdlər kitabxanamıza ekskursiya edib “Nağıl otağı”nda xalq nağıllarımızı səhnələşdirib, fondumuzda olan kitablarla maraqlanıb, cizgi filmi seyr etdilər.
Əməkdaşlarımız oxucuların xaişlərini nəzərə alıb kitabxanamızın divarlarında olan daşlaşmış nağıllar barədə məlumatlar verdilər. Hər bir oxucu üçün bu nağıllar-hekayələr düşündürücü olur. Görəsən “Ağacın budağını” bəzəyən bu meyvələr nə haqqındadır? Hansı nağıllardır? Onların mənası nədir?
Kitabxanın əməkdaşı oxucuları düşündürən sualları ətraflı cavablandırdı. Oxucular sonra kitabxanın digər şöbələri ilə tanış oldular, kitabxanaya üzv yazıldılar.