16.04.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində 15 Aprel Beynəlxalq Mədəniyyət günü ilə əlaqədar olaraq dəyirmi masa keçirilmişdir.Bu tarix 1935-ci ildə Vaşinqtonda “Bədii, elmi, müəssisə və tarixi abidələrin mühafizəsi,qorunması haqqında “ imzalanmış müqaviləyə əsasən hər il mütəmadi olaraq dünyanın hər bir yerində qeyd olunur. İndi dünya ölkələri 15 Aprel Beynəlxalq Mədəniyyət gününü geniş şəkildə qeyd edirlər.
Hər il olduğu kimi Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində geniş formada qeyd olunan bu əlamətdar gün haqqında ziyarətçilərimizə də məlumatlar verilir. Bir sözlə muzeylər tariximizin də, mədəniyyətimizin də ən böyük mühafizə müəssisəsidir. Dəyirmi masa zamanı bu bayramın tarixi, indiki dövrdə yaşadılması haqqında geniş mövzuda söhbətlər aparıldı.