13.04.2018
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının müvafiq fərmanına uyğun olaraq, Qobustan rayonunda rayon ictimaiyyətinin iştirakı ilə həqiqi hərbi xidmətə çağırış mərasimi keçirildi.Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsinin rəisi Mərdan Nəhmətov, I-ci Qarabağ müharibəsinin veteranı, əsgər atası Altay Əmirov və başqaları çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarının apardığı ordu quruculuğu siyasətinin böyük uğurla davam etdirilməsindən bəhs etdilər. Çıxış edənlər çıxışlarında Azərbaycanın şanlı bayrağının Şuşada, Laçında, Xocalıda və digər işğal olunmuş bölgələrimizdə dalğalanacağının heç də uzaqda olmadığını da vurğuladılar.