Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənclərin həqiqi hərbi xidmətə yola salma mərasimi

13.04.2018

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncama əsasən, bu gün İsmayıllı rayonunun mərkəzi meydanında həqiqi hərbi xidmətə gedən gənclərin yola salma mərasimi təşkil olundu.

   Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon Təşklatının sədri sevil Əhmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi, vətən uğrunda döyüşüb fəxri ad almış veteranlar, həqiqi hərbi xidmətə çağrılan gənclər və onların valdeynləri iştirak ediblər.

   Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu, önünə gül dəsdələri düzüldü. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra, tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu vurğulayaraq gənlərimizə vətənin keşiyində ayıq - sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi tövsiyyə etdi, hərbi xidmətə gedən gənclərə sağ-salamat qayıtmağı arzu etdi.

   Sonra İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Niyal” instrumental ansambılı konsert proqramı ilə çıxış etdi.

   Daha sonra ordu sıralarına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içdilər.