Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İlhamla daim irəli

12.04.2018

 11 Aprel tarixində kollektiv hamı bir nəfər kimi böyük coşğu və sevinclə səs verərək  bundan sonra da cənab İlham Əliyevin Azərbaycana prezident olmasını dəstəklədi. Sonra isə Qəbələ Mədəniyyət kollektivlərinin   təşkil etdiyi geniş konsert proqramında iştirak etdik. İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində isə bu gün İlham Əliyevin səsçoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti  seçilməsi ilə əlaqədar olaraq geniş tədbir keçirildi. Tədbiri muzeyin  direktoru Xalis Məmmədov açaraq 11 aprel 2018-ci il təntənəsindən geniş mövzuda danışdı. Həqiqət Rüstəmli, Nəsibə Məmmədova, Sevinc Məmmədova  və s. muzey işçiləri də 11 aprel tarixi haqqında geniş mövzuda çıxışlar  etdilər.  Xalqın sevgi və inamı yenə də özünü açıq şəkildə göstərdi. Bu gün 11 aprel 2018-ci il günü tarixə  qovuşdu, qızıl hərflərlə Azərbaycan tarixinə yazıldı. Beləliklə 11 aprel təntəsinin sevincini yaşamaqdayıq. Bəli bundan sonra da İlhamla daim irəli –deyərək hər kəs öz vəzifəsini layiqincə yerinə yetirməklə  Azərbaycanı yüksəklərə qaldıraq.