Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Maarifləndirmə uşaq yaşlarından başlayır

12.04.2018

Uşaqları aclıqdan, xəstəlikdən, müharibələrdən və böyüklərin laqeydliyindən qorumaq lazımdır.

                                                                      Mehriban Əliyeva

                                          Heydər Əliyev Fondunun Prezidenti

 

    İçtimai sərvətimiz olan uşaqlar ailədə dünyaya göz açır. Uşağın ilkin tərbiyə aldığı mühit ailə ilə yanaşı məktəb və kitabxanalar olur. Ailə uşağın fiziki və psixi inkişafına təsir edən ilk kollektivdir, burada onun mənəvi əxlaqı keyfiyyəti formalaşır. Sağlam ailə və uşağın formalaşmasına kömək etmək məqsədilə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nin Uşaq şöbəsində silsilə tədbirlər edilir, məktəblilərlə mütamaddi görüşlər təşkil olunur.

    Milli ruhda yeni gənclər yetişdirmək vəzifəsini öhdəsinə götürmüş insan şəxsiyyət etibarilə saf olmalıdır. Elə insanlardan biri İsrayıl Həsənov adına 1 saylı İsmayıllı şəhər tam orta məktəbinin müəllimi Gövhər xanım Cəbrayılovadır. Uzun illər uşaqlara ibtidai sinif rəhbəri olaraq neçə-neçə nəslin formalaşmasına səbəbkar olmuşdur.

   Ailə və uşaqlar mövzusunda şagirdlərə əməkdaşlarımız tərəfindən məlumatlar verilmişdir. Fəal şagirdlər: Fətəli Firavan, Mahmudlu Turalə, Abbasova Xatirə Həsənzadə Eldar əməkdaşlarımız tərəfindən yerindəcə kitabxanamıza abunə oldular. Məktəblilərə bu görüş xoş təəssurat bağışladı.

   Ulu öndər Heydər Əliyev demişdir: “Uşaqlarımız məktəbəqədər yaş dövründən başlayaraq bəşəri dəyərlərdən istifadə edərək milli zəmin üzərində, milli adət-ənənər ruhumda tərbiyə olunmalıdır”.