11.04.2018
11 Aprel axşam saatlarında Ağsu rayon Heydər Əliyev parkında böyük izdiham var idi. Bu izdihamın səbəbi həmin tarixdə keçirilən, əsl xalq bayramına çevrilmiş Prezident Seçkiləri və bu seçkilərdə cənab Prezident İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə Mədəniyyət Mərkəzinin Uşaq Musiqi Məktəbi ilə birgə hazırladığı "Qələbədən qələbəyə doğru" adlı möhtəşəm konsert proqramı idi. İki saat davam edən konsertdə Vətəni, vətən sevgisini, qəhrəmanlığı tərənnüm edən mahnılar və şerlər ifa olunmuş, zurnada və sazda çalınan oynaq, şən mahnılar gənclərdə böyük ruh yüksəkliyi yaradaraq onların kollektiv rəqsi ilə yekunlaşmışdır.