Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllıların qələbə sevinci

11.04.2018

11 aprel 2018-ci il tarixində keçirilmiş prezident seçkiləri zamanı cənab İlham Əliyevin növbəti 7 ildə Azərbaycan Respublikasına prezident seçilməsi ölkəmizin hər herində olduğu kimi İsmayıllıda da böyük təntənə və coşquyla qarşılanmışdır. YAP-ın İsmayıllı rayon komitəsinin sədri Sevil Əhmədov,  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, “Niyal ” instrumental ansamblının kollektivi, ziyalılar,İsmayılla rayon fəalları Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin qarşısına yığışaraq cənab Prezident İlham Əliyevin böyük səs faiziylə qələbə qazanması münasibətilə təbrik etmiş, cənab İlham Əliyevə uğurlar arzulamışlar. Çıxışlar zaman bildirilmişdir ki, hər zaman ismayıllılar cənab Prezidentin daxili və xarici siyasətini bəyənmiş və növbəti yeddi ildə də Onun ətrafında sıx birləşəcəklər.

   Daha sonra  “Niyal ” instrumental ansamblının kollektivi tərəfindən təşkil olunan konset proqramına yüzlərlə könüllü mərkəzin meydana  yığışaraq əsl bayram əhval-ruhiyyəsində bu parlaq qələbəni qeyd etmiş, hər kəs sevincini bir-birilə bölüşmüşdür. Bir qrup gənc Azərbaycan və Yeni Azərbaycan Partiyasının bayrağlarıyla yürüş keçirmişdir.

   Konsert proqramından sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin  foyesində  cənab Prezidentin qələbəsi münasibətilə hazırlanmış tort kəsilmişdir.