Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mərkəzi kitabxananın Uşaq şöbəsində Soyqırım Günü anıldı

29.03.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində Azəbaycanlıların Soyqırımı Günü anıldı.Anma mərasimində şəhər 3 saylı tam orta məktəbin X sinif şagirdləri iştirak edirdi.Kitabxananın müdiri Ülkər Hacıyeva şagirdlərə Ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyalarından, bu yolda  azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşmasından danışdı. Vurğuladı ki, bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı. İndi o qanlı tarixdən 100 il ötür.

Qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildən  31 mart  azərbaycanlıların soyqırım günü kimi  qeyd edilir. Sonda tədbir iştirakçıları bu mövzuda hazırlanmış sərgi ilə tanış oldular.