Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gizir Fərəczadə Toğrul Habil oğlunun ev muzeyi açılıb

08.04.2018

 Ağsu rayonunun Bico kəndində 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Gizir Fərəczadə Toğrul Habil oğlunun ev muzeyi açılıb. Bu işin ilk mərhələsində Azərbaycan Respubliasının Mədəniyyət və Turizm nazirliyinə rəsmi müraciət edilib. Müsbət cavab alındıqdan sonra işlərə start verilib. Muzeyin ideya müəllifi və layhə rəhbəri gənc yazar Rəfiqə Rafiq qızı, təşkilati işlərin və maliyə vəsaitinin təminatçısı istedadlı jurnalist Samir Əlidir. Muzey 2 otaqdan ibarətdir. Muzey daxilində şəhidin şəxsi əştaları, ona həsr edilmiş kitablar, hərbi və mülki geyimləri və onun ömür yolunu əks etdirən fotosdent  sərgilənir. Muzeydə gənc heykəltəraş Vüqar Quliyev tərəfindən hazırlanan borilief və gənc rəssam Çingiz Mehbalıyev tərəfindən kətan üzərində çəkilmiş portitret də sərgilənir. Muzeyin ən unikal cəhəti tavanda əks edilən 3 rəngli Azərbaycan bayrağıdır.