09.04.2018
Dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş pianoçuların V Respublika elmi-ifaçılıq müsabiqəsindəki ifasına görə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Uşaq İncəsənət Məktəbinin fortepiano sinfinin 6-cı sinif şagirdi Aysu Hacıyeva münsiflər heyyəti tərəfindən “Həvəsləndirici diplom”a layiq görülmüşdür. Diplomları iştirakçılara dahi bəstəkarın qızı Züleyxa Qarayeva təqdim etmişdir.