Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Muzey materialları əsasında tarix dərslərinin keçirilməsi

10.04.2018

İsmayıllı  Regional Mədəniyyət və Turizm   İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq  Muzeyi  hərtərəfli fəaliyyətini genişləndirməkdədir. Ekskursiyalar, dəyirmi masalar, xatirə saatları ilə yanaşı  tarix və ədəbiyyat dərslərinin keçirilməsi  işində muzey kollektivi əzm və fədakarlıqla çalışırlar. Bu  ərəfələrdə  tarix, ədəbiyyat  dərslərinin muzeydə keçirilməsi  işi daha genişləndirilmişdir. Şagirdlər əyani  vəsaitlərlə: müxtəlif məişət əşyaları, təsərrüfat alətləri, qədim Albaniya ərazisini əks etdirən xəritələrlə, tarixi məlimatlarla muzeydə keçirilən dərslərin  daha maraqlı olduğunu qeyd edirlər. Belə dərslər şagirdlərdə oxumaq həvəsini, tarixə olan maraqlarını daha da artırır. Kitablardan oxuduqları hər hansı bir materialı muzeyimizdə eksponat kimi gördüklərində isə sevinc və heyranlıqlarını gizlədə bilmirlər.