Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Aprel zəfəri düşmənə sarsıdıcı zərbə oldu”

08.04.2018

 Azərbaycan Respublikasının yanında Bilik Fondu və Ağsu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Heydər Əliyev Mərkəzində Aprel zəfərinin ikinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə Bilik Fondu Lektorlar qrupunun üzvü Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərbi tarixi üzrə dosenti, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov “Heydər Əliyev və Azərbaycanın Ordu quruculuğu” mövzusunda mühazirə ilə çıxış etdi. Daha sonra Fondun mətbuat katibi Ceyhun Musayev  “Aprel zəfəri düşmənə sarsıdıcı zərbə oldu” mövzusunda çıxışında 2016-cı ilin qələbə sədalı günlərini xatırlatdı. Tədbirin bədii hissəsində məktəblilər vətənpərvər mövzuda şeirlər söyləyiblər. Ağsu məktəbliləri arasında keçirilən “Azərbaycan ordusu” şeir müsabiqəsinin qaliblərinə Bilik Fondunun diplom və hədiyyələri verilib.