Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıllar aləminə səyahət

10.04.2018

Cəmiyyətimizdə baş verən yeniləşmə uşaqlarda öyrənməyə, daima axtarışda olmağa həvəs yaradır. Biz kitabxanaçılar bütün bunları nəzərə alaraq təlim tərbiyəyə yeni baxışla, yaradıcılıq və işgüzarlıqla yanaşmalıyıq. Dünyada cərəyyan edən prossesləri, uşaq və yeniyetmələrin milli ruhda böyümələrini nəzərə alaraq İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nin Uşaq şöbəsi növbəti tədbirini xalq nağıllarımıza həsr etdi.

Bu gün  kitabxananın qonaqları rayonumuzda fəaliyyət göstərən bir neçə  məktəbin şagirdləri oldu. Böyüməkdə olan nəslin pis vərdişlərdən uzaq olmalarında böyük rol oynayan kitabxana əməkdaşları müxtəlif yaşlı oxucuları fondda olan  ədəbiyyatla tanış etdilər. İctimai sərvətimiz olan uşaqları Azərbaycan xalq nağıllarındakı müsbət personajlarla bənzədib müxtəlif səhnəciklər quraşdırdılar.