09.04.2018
02-09 aprel 2018-ci il tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin 100 illiyinə həsr olunmuş pianoçuların V Respublika elmi- ifaçılıq müsabiqəsi keçirilmişdir.
Müsabiqədə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Fortepiano şöbəsinin V sinif şagirdi Ağazadə Ağaşah Yasəf oğlu “Diplomant”adını qazanmışdır.