Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitabsevər uşaqlar

09.04.2018

    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 fevral 2016-cı il tarixli 22 nömrəli əmrinin icrasını təmin etmək və uşaq ədəbiyyatının təbliğ olunması məqsədilə “Kitabsevər uşaqlar” lahiyəsi fəaliyyətə başlamışdır. Uşaqların  kitaba, kitabxanalara marağını daha da artırmaq üçün İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  İsmayıllı rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları rayonumuzda fəaliyyət göstərən 1 saylı bağça-körpələr evində  qonaq olmuşdur.

    Kitabxana əməkdaşları balaca fidanlara “Kitabsevər uşaqlar” lahiyəsindən səsli nağıllar nümayış etdirib yeni kitablar barədə  balacalara məlumatlar vermişdir.