06.04.2018
06 aprel - “Beynəlxalq cizgi filmi günü” ilə əlaqədar İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS -nin Uşaq şöbəsi “Cizgi filmi həftə”si elan etmişdir.
Əməkdaşlarımız balaca qonaqlarımıza cizgi filmləri nümayiş edib, animasiya filmlərinin yaranması barədə məlumatlar vermisdir.
Kino sənətinin əsas növlərindən biri də cizgi filmidir. Onun əsəsrləri kağız üzərində və ya komyüterdə çəkilmiş şəkillərin ərsəyə gətirilməsi nəticəsində yaranır.
Cizgi filmləri əsasən uşaqlar üçün nəzərdə tutulmuşdur. Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəlllərinə təsadüf edir.
Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləridə vardır ki, onlara kompyuter animasiyası deyil. Bu cür filmlər hazırda cox inkişaf edərək geniş yayaılıb. Məhz bu filmlərdən bir neçəsi uşaqlarımıza nümayiş olundu.
Əziz balacalarımız və cizgi filmini sevənlərimiz Bayramınız mübarək!