Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqilliyimiz əbədidir”

06.04.2018

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Qobustan şəhər MKS- nin Uşaq şöbəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsi keçirdi. Müsabiqə məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycanın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək məqsədi ilə IX, X, XI sinif şagirdləri arasında təşkil edildi. Müsabiqədə şagirdlər cümhuriyyət tariximiz haqqında biliklərini, öz fikir və düşüncələrini nümayiş etdirdilər.