05.04.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Mərkəzi Kitabxanasının Oxu zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində sənədli film nümayiş etdirildi. Tədbirdə Mərkəzi Kitabxananın, Qobustan rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, kitabxananın fəal oxucuları iştirak etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, fəaliyyətindən bəhs edən film tədbir iştirakçılarının marağına səbəb oldu.