07.04.2018
YAP Qobustan rayon təşkilatının Qobustan rayon Bədəlli kəndində seçicilərlə görüşü keçirilmişdir. Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülalıyev və YAP Qobustan rayon təşkilatının seçki qərərgahının sədr müavini Zaur Cəfərov çıxış edərək İlham Əliyev cənablarının apardığı uğurlu daxili və xarici siyasətin Azərbaycana misilsiz uğurlar gətirdiyini qeyd etmişlər. Tədbir zamanı seçicilər İlham Əliyev cənablarını dəstəklədiklərini və 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində öz səslərini Azərbaycanın xoşbəxt gələcəyi naminə İlham Əliyevə verəcəklərini bildirmişlər.