06.04.2018
Şamaxı rayonunda Yeni Azərbaycan Partiyasının tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qızmeydan ,Hacılı və Kürdəmic kəndlərində keçirilən tədbirlərdə YAP Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin üzvləri Eyvaz Eminalıyev, Hacıbaba Şıxıyev, Ağarza Bayramov, Səməd Fətəliyev, Şahmar Hüseynov, Fatma Quliyeva,Güllü Babaşova və Namiq Rzazadə çıxış ediblər.