06.04.2018
YAP Qobustan rayon təşkilatının seçki kompaniyası çərçivəsində Qobustan rayon Təklə kəndində seçicilərlə görüş keçirilmişdir. Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülalıyev,YAP Qobustan rayon təşkilatının seçki qərərgahının üzvləri Zaur Cəfərov, Zümrüd Şərifova və Tahir Səbzalıyev çıxış edərək İlham Əliyev cənablarının apardığı uğurlu daxili və xarici siyasətin Azərbaycana misilsiz uğurlar gətirdiyini qeyd etmişlər. Görüşdə seçicilər İlham Əliyev cənablarını dəstəklədiklərini və 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində öz səslərini Azərbaycanın xoşbəxt gələcəyi naminə cənab Prezident İlham Əliyevə verəcəklərini bildirmişlər.