05.04.2018
Dahi bəstəkar Qara Qarayevin anadan olmasinin 100 illiyinə həsr olunmuş Pianoçularin V Respublika Elmi-ifaçılıq müsabiqəsində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Uşaq İncəsənət məktəbinin fortepiano şöbəsinin 6-ci sinif şagirdi Aysu Hacıyeva da iştirak etmişdir. O, Qara Qarayevin “Xəzər neftçiləri haqqinda dastan”k/f-dən “Vals”, Friderik Şopenin a-moll “Mazurka”sını və Tofiq Quliyevin “Göl sahilində” əsərlərini ifa etmişdir.