Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalının 25-ci anım günü

02.04.2018

     Azərbaycanın ən gözəl və dilbər guşələrindən olan Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalının 25-ci anım günüdür. Ermənilərin hərbi təcavüzü respublikanın 17 min kv.km ən məhsuldar torpaqlarının işğalına ,900 yaşayış məntəqəsi,130939 ev, 2389 sənaye və kənd təsərrüfatı obyekti,1025 təhsil, 798 səhiyyə ocağı,1510 mədəniyyət müəssisəsi, 5198 km avtomobil yolu, 348 körpü, 7568 km.su və 76940 km.elektrik xəttinin dağıdılmasına səbəb olmuşdur.

  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Ağsu rayon  Mərkəzi kitabxanasında sərgi təşkil edilmiş və fəal oxuculara bu mövzuda sənədli film nümayiş etdirilmişdir.