Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qarabağ qazisinin xatirələri

03.04.2018

 

     Fətalıyev Akif Saleh oğlu. 1989-1993-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun dəstəsində döyüşüb. Marguşəvan ,Maraqal, Aşağı Çaylı,Yuxarı Çaylı,Talış, Həsənqaya və torpaq təpə  döyüşlərində fəal iştirak edib.

     A.Fətalıəyev o günləri xatırlayıb deyir: ”Tərtərdə uşaq bağçasında qalırdıq. O vaxt  Müdafiə Naziri general Nəcməddin Sadıqov göstəriş verdi ki, strateji əhəmiyyətli Margüşəvan kəndi alınmalıdır. 10 may 1992-ci ildə bir tank ilə hücuma keçdik. Şiddətli döyüşlərdə düşməni məhv edib kəndi aldıq. Düşmən döyüşlərdə çoxlu sayda  itki verdi. Halbuki dəstəmiz ermənilərlə müqayisədə çox az idi. 2016-cı ilin aprel döyüşlərinin ildönümü ərəfəsində əsgərlərimizə onu demək istəyirəm ki, biz döyüşkən xalqıq. Heç  bir erməni əsgəri  bizim qarşımızda dayana bilməz. Düzdür ,torpağımız  uğrunda döyüşlərdə neçə-neçə qəhrəman övladlarımız  şəhid olub. Əsas odur ki, onlar  torpağ uğrunda şəhid olublar. Biz  gec-tez ali Baş komandan, prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşməndən azad edəcək, şəhidlərimizin qisasını alacağıq”.

  -İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Ağsu rayon MKS