Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaraqoyunlu kənd kitabxana filialında anma mərasimi

29.03.2018

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Ağsu  rayon MKS-in Qaraqoyunlu kənd kitabxana filialında  azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar  tədbir keçirilmişdir.  Anma mərasimində  cənab Prezident İlham Əliyevin” 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamını şərh edən Ş.Şrəliyev  onu da vurğulamışdır ki, yalnız 80 il sonra -1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü”  kimi hər il qeyd edilir. Anma mərasimində kənd orta məktəbin şagirdləri  soyqırıma aid sənədli materiallarla tanış olmuş və bu mövzuda video -çarxa baxmışlar.