04.04.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon MKS-nin Oxu zalında "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley" tədbirləri çərçivəsində dəyirmi masa təşkil edildi. Tədbiri giriş sözü ilə açıq elan edən Mərkəzi Kitabxananın direktoru Adilə Cəbrayılova Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söz açaraq bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
Daha sonra Metodika və Biblioqrafiya şöbəsinin müdiri Ağayeva Xuraman, məruzə ilə çıxış etdi. Tədbirin sonunda tədbir iştirakçıları sərgi ilə tanış oldular.