Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Səyyar kitabxana”

05.04.2018

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  İsmayıllı MKS-nın  Uşaq şöbəsinin  əməkdaşları  “Səyyar  kitabxana” lahiyəsinin  icrasını  təmin  etmək  məqsədilə  rayonumuzun dilbər güşələrindən  hesab edilən Talıstan  kəndində olmuşlar.

   Ədiblərimizin  əsərlərini təbliğ etmək,  ölkəmizin  gələcəyi  olan şagirdlərin  vətənpərvər, şüurlu, yetkin  formalaşmasında mühüm rol oynayan  müəllim və kitabxana əməkdaşlarıdır. 

    Uzun illər Talıstan  kənd orta məktəbində ana dili və ədəbiyyat dərsini tədris edən Gülnaz xanım Mirzəliyeva əməkdaşlarımızla birlikdə klassik  ədiblərimizdən: Mirzə Fətəli Axundzadənin,  İmadəddin Nəsiminin, Nizami Gəncəvinin, müstəqil ölkəmizin yazarlarından olan sevimli şairimiz Zahid Xəlilin əsərləri barədə şagirdlərə məlumat verib, sualları cavablandırdılar.  Fəal şagirdlər kitabxanamıza üvz yazıldılar.