05.04.2018
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaq”
Ulu öndər Heydər Əliyev
Gənc nəslin ağıllı, milli-mənəvi dəyərlərə bağlı olaraq formalaşmasında uşaq kitabxanaların rolu böyükdür. Uşaqların mütaliə patensiyalının artırılmasına, maraqlı kitabların oxunmasına daim ehtiyac vardır. Uşaqların cəmiyyəti anlama , təbiəti tanıma, özünü dərk etmə qabiliyyətini məhz kitabxanalara gələrək mütaliə etməsi, asudə vaxtlarının orada keçirməklə lazımı informasiya tələbatına malik olması ən vacib aktual məsələlərdəndir.
Bu səbəbdən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nın Uşaq şöbəsinin əməkdaşları daima rayonumuzun müxtəlif məktəblərində olaraq, uşaqlarda mütaliə etməni formalaşdırmaqla yeni nəsildə kitabsevərlik xüsusiyyətini formalaşdırır.