Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlik zirvəsinə ucalan Sahil

04.04.2018

  Qəbələ rayon Tarix –Diyarşünaslıq muzeyində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə geniş guşə fəaliyyət göstərməkdədir. Şəhidlərin bir neçə şəxsi əşyaları, fotoşəkilləri, yazarlarımızın şəhidlərimiz haqqında qələmə aldığı  kitabları bu bölmədə sərgilənməkdədir. Doğma Vətənimizin azadlığı uğrunda canından keçən Vətən oğulları şəhidlik zirvəsinə ucaldı, tarixi torpaqlarımızı daha dərindən sevməyi, qorumağı bizlərə əmanət etdi. Artıq aprel döyüşlərindən düz  iki il keçdi. Bununla əlaqədar olaraq İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Tarix- Diyarşünaslıq muzeyində anim mərasimi  təşkil edilmişdir. Azərbaycan torpaqları uğrunda can verən, ali mərtəbəyə -Şəhidlik zirvəsinə ucalan mərd oğlumuz, Aprel şəhidi, həmyerlimiz Sahil Həsrət oğlu Şirinovun qəhrəmanlığından geniş söhbət açıldı, ruhu bir dəqiqəlik sükutla yad edildi. Bir sözlə  Sahilin tarixə çevrilən həyatı haqqında danışıldı. Bu gün 4 Aprel tarixi Sahilin Şəhidlik zirvəsinə ucaldığı gündür. İndi bütün Azərbaycan övladları bu günümüz üçün şəhidlərin ruhu qarşısında borcluyuq və fəxarətlə baş əyirik. Şəhidlər Vətənin varlığının, müqəddəs Vətən sevgisinin tərənnümüdür. Vətən  şəhidlərinin xatirəsi daim  ürəklərdə yaşayacaq və heç zaman xatirimizdən silinməyəcəkdir. Vətən uğrunda şəhid adını qazanan bütün övladlara Allahdan rəhmətlər diləyirik.