15.03.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon MKS-nin Dərəkənd kənd kitabxana filialının təşkilatçılığı ilə Novruz bayramı ilə əlaqədar tədbir keçirildi. Bahar qızı Novruz bayramı münasibətilə kənd sakinlərini təbrik etdi, meydana Novruzun personajları olan Kosa və Keçəlin daxil olması alqışlarla qarşılandı. Tədbirdə iştirak edən kənd ictimaiyyəti, idarə və müəssisələrin rəhbərləri xalq tətbiqi sənət nümunələrindən ibarət sərgilərlə, milli mətbəx və folklor nümunələri ilə tanış oldular. Tədbirdə kitabxananın fəal oxucularının ifasında şeirlər səsləndirildi, bahar ovqatlı şən mahnılar, rəqslər ifa olundu.