31.03.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon MKS-nin Uşaq şöbəsi “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə tərtib edilmiş tədbirlər planına uyğun olaraq A.O.Çernyayevski adına 1 saylı orta məktəbin IX sinif şagirdləri üçün tədbir təşkil etdilər. İlk öncə bütün soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şöbənin əməkdaşı Şıxıyeva Mətanət qan yaddaşımıza yazılmış 31 Mart Azərbaycanlıların Soyqırımı Günü haqqında geniş məlumat verdi. Daha sonra çıxış edən Bəturə müəllim bildirdi ki, Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.
Sonda uşaqlar sərgi ilə tanış oldular