04.04.2018
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 fevral 2016-cı il tarixli 22 nömrəli əmrinin icrasını təmin etmək və uşaq ədəbiyyatının təbliğ olunması məqsədilə nazirliyin təşəbbüsü, təşkilatı və maliyyə dəstəyi ilə “Kitabsevər uşaqlar” layihəsi reallaşdırılmışdır. Səhifənin rəsmi YouTube kanalı 2016-cı ilin may ayından fəaliyyətə başlamışdır. Səhifədə müxtəlif mövzularda maraqlı videolar paylaşılır.
Bu layihənin təbliğatı ilə bağlı İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon MKS-nin Uşaq şöbəsi rayon 1 saylı Uşaq bağçasında oldular. Uşaqları və müəllimlərı layihə haqında məlumatlandırdıqdan sonra uşaqlarla xoş vaxt keçirdilər, onlar üçün “Padşah və Xoruzun nağılı”, “Qoğalın nağılı”, “Tülkü və ilan”, “Sərçəcik”, “Tülkü və kəklik” və başqa nağılları oxudular.